Skip to content

Articles

Ziyalılar nəyə lazımdır?

Həmişə arzu etmişəm ki, pulum olsun və məni maraqlandıran bütün məsələləri məqalə yazıb mənə sadə dildə izah etməsi üçün çoxlu mütəxəssisləri kirayələyə bilim. Öz ixtisasım olmayan – ələlxüsus da sosioloji və siyasi məsələlərdə məni çoxlu suallar maraqlandırır, amma onlara cavab… Read More »Ziyalılar nəyə lazımdır?

Ortabablıq

Bir ilə yaxındır əvvəllər etmədiyim bir şeyi edirəm – gündəlik tuturam. Gündəliyə baxanda gördüm ki, yazdıqlarım şəxsi həyatdan çox sosial həyatla bağlıdır. Ora yazdıqlarımı elə bloq kimi də yaza bilərəm, gizlədiləsi ciddi bir şey yoxdur. Gündəliyin müxtəlif yerlərində ortabablıqdan şikayət… Read More »Ortabablıq

Üç Əxlaq: Sayın Ərdoğan

İnsanlar əxlaqi məsələlərə gələndə dövlətlə allaha güzəştə gedirlər: özləri kimi adi bir insan onların haqqına girəndə, həmin adamı əxlaqsızlıqda ittiham edib ona qarşı kin bəsləyir və ondan intiqam almağa çalışırlar; amma eyni şeyi onlara dövlət və ya allah edəndə, bəhanələr… Read More »Üç Əxlaq: Sayın Ərdoğan

Vətəndaş İtaətsizliyi

XIX əsr Amerikasının individualist fəlsəfi hərəkatı transsendentalizmin ən görkəmli nümayəndələrindən biri olan Henry Devid Toronun “Vətəndaş İtaətsizliyi” adlı essesi 2018-ci ildə Başla Kitabın Seçmə Yazılar: Özünəinam – Vətəndaş İtaətsizliyi – İşin Ləğvi kitabında nəşr edilib. Tərcüməsi mənə aid olan bu… Read More »Vətəndaş İtaətsizliyi

Pul və Şöhrət: Resursların Sui-istifadəsi

Politologiyada əsas mövzulardan, narahatlıq doğuran məsələlərdən biri budur ki, zəngin insanlar öz iqtisadi güclərini siyasi gücə çevirirlər və bunun nəticəsində də demokratiya zəifləyir. Sənin pulun çoxdursa, siyasətçiləri müxtəlif yollarla ələ ala bilirsən və mətbuat sənin istədiyin mövzuları sənin istədiyin şəkildə… Read More »Pul və Şöhrət: Resursların Sui-istifadəsi

Başa Düşmədiyim Şeylər Barədə

Azərbaycanın ermənilərlə bağlı siyasətinə dair iki məsələni başa düşmürəm və hansısa siyasi şərhçidən də bu məsələlərlə bağlı izah eşitməmişəm. Görünür, heç kim bu siyasətləri başa düşmür. Söhbət hökumətin erməni abidələrini albanlaşdırmasından və Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası ilə bağlı heç bir… Read More »Başa Düşmədiyim Şeylər Barədə

Müzakirə Mühiti Barədə

Həmişə ətrafdakı insanları məqalə yazmağa, öz fikirlərini qısa məqalələr şəklində təsvir və müdafiə etməyə səsləyirəm. Məqalə deyəndə hamının başa düşəcəyi şəkildə, ictimai müzakirə yaratmaq məqsədilə yazılmış bir neçə səhifəlik mətnləri nəzərdə tuturam. Bu mövzuda ən çox qınadıqlarım isə öz dostlarımdır… Read More »Müzakirə Mühiti Barədə

Mən Niyə Müsəlman Deyiləm

Əvvəl dindar olmuş bir çox tanışım dindən təmiz uzaqlaşsa da özlərini hələ də müsəlman hesab edirlər, özlələrinə deist və ya ateist deyən tanışlarım isə dindən mərhələli şəkildə uzaqlaşıb və nəhayət İslamdan çıxıblar. Bu iki qrupdan fərqli olaraq mən bir gündə… Read More »Mən Niyə Müsəlman Deyiləm