Skip to content

Siyasi Fəlsəfəyə Giriş (Kitab və Audiokitab)

Siyasi fəlsəfə azadlıqədalətavtoritet və legitimlik kimi siyasətə dair fundamental anlayışları araşdıran, “dövlət olmalıdırmı?” və “dövlət olmalıdırsa, necə olmalıdır?” kimi vacib suallar soruşan fəlsəfi bir sahədir. Biz siyasətə qarışmasaq da, o bizə qarışır. Başımızı aşağı salıb öz işimizlə məşğul olaraq özümüzü aldada bilərik, fəqət siyasət hər gün həyatımıza müdaxilə edərək nələri edib, nələri edə bilməyəcəyimizi müəyyənləşdirir. Ona görə də yetkin insanlar olaraq bizə hər gün müdaxilə edən şey barədə ən azından bilik sahibi olmalı və siyasətin təbiətinə dair suallar verməliyik.

Siyasi bilik nəyə gərəkdir? Biz siyasi cahil olsaq, onda dövlətdən konkret olaraq nə tələb etdiyimizi ardıcıl şəkildə müəyyən edə bilməyəcəyik. Bu gün bir şey istəyəcəyik, sabah başqa bir şey. Həmçinin, dövlətə yönəltdiyimiz tələblər bəzən bir-biri ilə uyğun gəlməyəcək, amma biz bunun fərqində belə olmayacağıq. Nə istədiyimizi dəqiqləşdirmək və tələblərimizin ardıcıllığını təmin etmək üçün bizə siyasi bilik lazımdır. Siyasi biliyi əldə etməyin yollarından biri siyasi fəlsəfədir.

Azərbaycan dilindəki mövcud fəlsəfi ədəbiyyat boşluğunu cüzi də olsa aradan qaldırmaq məqsədilə bu kiçikhəcmli kitabın tərcüməsini sizə təqdim edirəm. Ceyson Brennan amerikalı siyasi filosofdur. Cavan olsa da, həm akademiyada, həm də akademiyadan kənarda olduqca məşhurdur. Məşhurluğunun səbəblərindən biri keyfiyyətli və çoxsaylı fəlsəfi kitab və məqalələr dərc etməsidir. Digəri isə filosof olmayan insanların da rahatlıqla başa düşə biləcəyi sadə dildə yazaraq geniş auditoriyaya çıxış əldə edə bilməsidir. Ümid edirəm, mən də tərcümə zamanı Brennanın sadə dilini qoruyub saxlaya bilmişəm.

Kitabı buradan ala, audiokitaba isə Spotify və ya Yutubdan pulsuz qulaq asa bilərsən. Əlavə olaraq, Patreondan mənə dəstək ola bilərsən.

Leave a Reply