Azərbaycanda siyasi fəlsəfə ənənəsinin və bu sahəyə dair ədəbiyyatın çatışmazlığını aradan qaldırmaq üçün Ceyson Brennanın “Siyasi Fəlsəfəyə Giriş” kitabını tərcümə etdim.
Bu kitab siyasi fəlsəfənin əsas məsələlərini, ideyalarını və arqumentlərini sadə və anlaşılan dildə təqdim edir. Kitabda azadlıq, ədalət, mülkiyyət, bərabərlik, dövlətin legitimliyi kimi fundamental anlayışlar araşdırılır. Dövlət nə üçün mövcuddur? Onun səlahiyyətlərinin hüdudları nədir? İnsanlar hansı haqlara malikdir? Kitab bu və digər vacib sualları fəlsəfi cəhətdən təhlil edir.
“Tərcüməçidən Ön Söz“ü pulsuz olaraq yükləyə bilərsiniz. Kitabın tam versiyasını isə pdf və epub formatlarında Patreon hesabımda cəmi 10 USD qarşılığında əldə edə bilərsiniz. Siyasi fəlsəfə ilə maraqlananlar üçün bu kitab mütləq oxunmalı bir mənbədir.
Kitab həm PDF, həm də EPUB formatında mövcuddur – PDF versiyasını onlayn oxuya və ya çap edə bilərsiniz, EPUB versiyasını isə Kindle kimi elektron kitab oxuyucunuzda rahat şəkildə istifadə edə bilərsiniz (aşağıda Kindle-da necə göründüyünü göstərən şəkilləri paylaşıram).

